Güclü külək və leysan Şamaxıda bir sıra fəsadlar törədib

Güclü külək və leysan Şamaxıda bir sıra fəsadlar törədib
# 24 sentyabr 2014 16:01 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Şamaxı rayonunda güclü külək və leysan bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, iki gün öncə başlayan güclü külək hələ də davam edir. Güclü külək nəticəsində bir sıra dağıntılar qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, ani başlayan külək əsasən yaşayış evlərinə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Güclü külək rayon ərazisində ümumilikdə 5-ə yaxın evin dam örtüyünü atıb, bir neçə elektrik dirəyini aşırıb və naqilləri qırıb. İki gündür ki, rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda rayon rəhbərliyi tərəfindən təbii fəlakətin rayona vurduğu ziyanın aradan qaldırılması yönündə işlər aparılır. Elektrik naqilləri təmir olunur elektrik dirəkləri dəyişdirilir. Təbii fəlakətin rayona vurduğu ziyanın məbləği araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR