ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 12 noyabr 2015 02:02 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ohayo ştatında məktəb avtobusu yük avtomobili ilə toqquşub.

APA-nın “Newsnet 5” telekanalına istinadən verdiyi məlumata görə, nəticədə 4-ü məktəbli olmaqla 5 nəfər xəsarət alıb.

Onların həyatlarına təhlükə olmadığı bildirilir. Avtobusda 12 məktəblinin olduğu məlum olub. İlkin versiyaya görə, qəzaya yük avtomobilinin sürücüsünün səbəb olduğu ehtimal edilir.

Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır.

***

04:08

Bakı-APA. ABŞ-ın Ohayo məktəb avtobusu yük avtomobili ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Baş verən qəza ilə bağlı yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR