Bayram Səfərov ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşüb - FOTO

Bayram Səfərov ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşüb - <span style="color: red;">FOTO
# 02 iyun 2015 12:23 (UTC +04:00)

Bakı – APA. İyunun 1-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə İctimai Birliyinin İdarə Heyətinin üzvləri və icma rəhbəri Bayram Səfərov arasında görüş keçirilib.

İctimai Birlikdən APA-ya verilən məlumata görə, Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu haqqında geniş danışıb. O, münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdıraraq deyib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər: “Münaqişə yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll edilməlidir. Biz bu istiqamətdə həm ATƏT-in Minsk Qrupundan, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.

İ. Daçiç Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşün təşkil olunmasından məmnunluğunu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR