Gürcüstanda “Şərq Tərəfdaşlığı”nın qeyri-rəsmi sammiti başlayıb - FOTOSESSİYA

Gürcüstanda “Şərq Tərəfdaşlığı”nın qeyri-rəsmi sammiti başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 fevral 2013 11:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iki günlük qeyri-rəsmi sammit başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze açıb. M. Pancikidze "Şərq tərəfdaşlığı" ölkələrinin azad ticarət zonasının yaradılması və viza rejiminin liberallaşdırılması mövzusunda müzakirələr aparılacağını bildirib.

Sammitdə Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili, Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, AB-nin xarici işlər üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə komissar Siym Kallas iştirak edir.

Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir jurnalistlər üçün qapalıdır.

Bu toplantı “Şərq Tərəfdaşlığı” çərçivəsində qeyri-rəsmi şəkildə keçirilən ikinci görüşdür, birinci görüş Moldovada keçirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR