«Unibank» yaşlı insanlar üçün güzəştli kredit kampaniyasına başlayıb

«Unibank» yaşlı insanlar üçün güzəştli kredit kampaniyasına başlayıb
# 01 aprel 2013 10:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC bu gündən etibarən yaşlı insanlara daha güzəştli şərtlərlə - 3,5% endirimlə kredit verməyə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərindən 50 yaşdan 70 yaşadək, gəliri olan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış və ya təqaüd haqqında arayış təqdim etmədən 5 min manatadək nağd kreditdən faydalana bilər.

Yaşı 65-dən yuxarı olan müştərilər üçün kreditin maksimal məbləği 1000 AZN/1200 USD məbləğində müəyyənləşdirilib. Aksiya mayın 15-dək davam edəcək. Bu aksiyadan digər banklara borcu olan və ya indiyədək adına kredit olmayan vətəndaşlar da faydalana bilər.

«Unibank»dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və əmək stajlarına heç bir tələb qoyulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR