“Atəşgah Sığorta"nın öhdəlikləri artıb

“Atəşgah Sığorta"nın öhdəlikləri artıb
# 10 aprel 2015 09:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Atəşgah Sığorta” ASC 2014-cü ildə aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Atəşgah Sığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 18,70% artaraq 31 mln. 996 min 16,62 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 25,78% artaraq 24 mln. 677 min 276,76 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 mln. 008,500 min manat, məcmu kapitalı isə 0,23% azalaraq 7 mln. 318 min 739,86 manat təşkil edib.

2014-cü ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 37 mln. 546 min 298,12 manat, cəmi xərcləri 37 mln. 233 min 210,02 manat olub.

Şirkət ötən ili 250 min 470,48 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR