Kanadanın neft və qaz sənayesi mərkəzi olan Alberta əyaləti və Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

Kanadanın neft və qaz sənayesi mərkəzi olan Alberta əyaləti və Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub - <span style="color: red;">FOTO
# 13 fevral 2013 01:27 (UTC +04:00)

Bakı-APA. Fevralın 12-də Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın neft və qaz sənayesi mərkəzi olan Alberta əyaləti və Azərbaycan arasında iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə əyalətə işgüzar səfər edib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində ilk görüşlər Alberta əyalətinin “neft paytaxtı” Kalqari şəhərində keçirilib.

Kalqari şəhərinin meri Nahid Nenşi ilə görüşdə Azərbaycan və Kanada yerli özünüidarəetmə orqanları, o cümlədən Bakı və Kalqari arasında tərəfdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Bundan başqa, Kanada və Azərbaycanın neft və qaz sənayeləri arasında, eləcə də elm və təhsil sahələrində əməkdaşlıq imkanları, o cümlədən Kalqari universitetinə daha çox azərbaycanlı tələbələrin cəlb edilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Mer Nenşi Kalqari Universitetində daha çox azərbaycanlı tələbəni qarşılamaqdan məmnun olacağını vurğulayıb.

Kanada Enerji Boru Kəmərləri Assosiasiyasının prezidenti Brenda Kenni və Kanada Neft İstehsalçıları Assosiasiyasının vitse-prezidenti Qreq Strinqhəmlə görüşlərdə Azərbaycan və Kanadanın neft və qaz sənayesi və bu sənayenin tərkib hissəsi olan boru kəmərləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Əməkdaşlıq istiqamətində mühüm addım kimi Kanada və Azərbaycanda təşkil edilən neft və qazla bağlı tədbirlərdə hər iki ölkənin nümayəndələrinin qarşılıqlı surətdə iştirakının əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR