DSX: "Sərhədçi" idman kompleksində məhəccərin qopması nəticəsində bir nəfər yüngül xəsarət alıb

DSX: "Sərhədçi" idman kompleksində məhəccərin qopması nəticəsində bir nəfər yüngül xəsarət alıb
# 19 mart 2015 12:27 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA."Bir sıra xəbər saytlarında Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzində 18.03.2015-ci il tarixində futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan və Belçika komandaları arasında görüş başa çatdıqdan sonra futbolçularla qələbə sevincini bölüşən azarkeşlərin söykəndiyi dəmir məhəccərin qopması nəticəsində 25-30 nəfər azarkeşin yüngül xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, məhəccərin qopması nəticəsində yüngül xəsarət almış bir nəfərə yerindəcə tibbi yardım göstərilib və qopmuş dəmir məhəccər bərpa edilib.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi də bu gün yaydığı məlumatda Azərbaycan və Belçika komandalarının oyunu zamanı ictimaiyyəti narahat edəcək hər hansı hadisənin qeydə alınmadığını bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR