Dövlət Komissiyasının qapalı iclasında 3 tona yaxın narkotik maddənin Gürcüstanda tutulması məsələsi müzakirə edilib - VİDEO

Dövlət Komissiyasının qapalı iclasında 3 tona yaxın narkotik maddənin Gürcüstanda tutulması məsələsi müzakirə edilib - <span style="color: red;">VİDEO
# 14 avqust 2014 14:15 (UTC +04:00)

Komissiyadan APA-ya verilən məlumata görə, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib, araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, məsələ Azərbaycan prezidentinin gündəlik nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR