“Moskva və Kiyevdə ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələr zamanı yeni və məzmunlu təkliflər müzakirə olunub”.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Kolumbiyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu həftəsonunu məzmunlu adlandırardım. Çünki bir neçə aylıq fasilədən sonra əlaqələr yenidən bərpa olundu və məzmunlu ideyalar təqdim edildi”, - Rubio deyib.
O qeyd edib ki, danışıqlarda yeni ideyalar müzakirə olunub, lakin hələ görüləsi çox iş var. Rubio proseslə bağlı nə həddindən artıq optimist, nə də pessimist olduğunu bildirib.