Bank Of Baku

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batıb, 12 nəfər ölüb

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batıb, 12 nəfər ölüb
# 19 oktyabr 2026 13:21 (UTC +04:00)

Yunanıstanın Lesbos və Samos adaları yaxınlığında qeyri-qanuni miqrantları daşıyan iki qayığın batması nəticəsində azı biri körpə olmaqla 12 nəfər ölüb.

Bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Məlumata görə, Samos adası yaxınlığında qayıqlardan birini çevrilməsi nəticəsində 6 nəfər ölüb, 14 nəfər xilas edilib. Digər hadisə Lesbos adası sahillərində baş verib. Naviqasiya işıqları olmadan hərəkət edən və miqrantları daşıyan qayıq təqib zamanı patrul qayığı ilə toqquşaraq çevrilib. Nəticədə biri körpə olmaqla 6 nəfər batıb, 8 nəfər xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR