Göyçayda at avtomobilə çırpılıb, atlı ağır xəsarət alıb

Göyçayda at avtomobilə çırpılıb, atlı ağır xəsarət alıb
# 19 noyabr 2015 13:33 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Yalman-Şıxbəy avtomobil yolunda qeydə alınıb. Göyçay rayonu Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salahov Polad Rəhman oğlu at belində sürətlə hərəkətdə olarkən qəflətən at qarşı tərəfdən gələn, Qazax rayonunun Daş Salahlı kənd sakini Musayev Vidadi Kamal oğluna məxsus 10-OX-996 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı minik avtomobilinin qarşısına çıxıb. Avtomobilə çırpılan at və onun üstündən yıxılan Polad Salahov xəsarət alıb. Polad Salahov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR