“Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının açılışı olub - FOTOSESSİYA

“Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 29 sentyabr 2015 16:59 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, açılış mərasimində “Kaspi” Təhsil Mərkəzinin rəhbər heyətinin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin, Şəhər Gənclər və İdman İdarəsinin, müvafiq dövlət təşkilatlarının nümayəndələri, müəllimlər, KİV əməkdaşları və yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Kaspi” Təhsil Mərkəzinin baş direktoru Elnur Əliyev çıxış edərək ölkəmizin savadlı gəncləri sırasında Lənkəran gənclərinin də öndə getdiyini və bunun rayon ictimaiyyətinin təhsilə ciddi önəm verməsinin bariz nümunəsi olduğunu qeyd edib.

Bildirilib ki, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının fəaliyyətə başlaması rayonun təhsil prosesinə öz töhfəsini verəcək.

Baş direktorun sözlərinə görə, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının ən yüksək keyfiyyətdə təhsil xidməti göstərməsi üçün bütün lazımi tədbirlər görülüb və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.

Sonra E. Əliyev “Kaspi” Təhsil Mərkəzinin rəsmi lisenziyasını filialın direktoru Cavid Nəsirzadəyə təqdim edib və ona fəaliyyətində uğurlar diləyib. C. Nəsirzadə isə çıxışında yüksək etimada görə şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, tədbir iştirakçılarını əmin edib ki, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialı yüksək keyfiyyətli tədris prosesini gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.

Tədbirin sonunda övladları “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialına qəbul olunmuş valideynlər çıxış edərək mərkəzin yaratdığı təhsil xidmətinin keyfiyyətindən razı qaldıqlarını, bu səbəbdən təhsil mərkəzinə etimad göstərdiklərini bildiriblər. Açılış mərasimi “Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialına yeni qəbul olunmuş şagirdlərin ifasında əyləncəli bədii hissə ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR