İran hökumətində dəyişiklik edilib

İran hökumətində dəyişiklik edilib
# 05 fevral 2013 00:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ölkə konstitusiyasının 135-ci maddəsini rəhbər tutaraq, Əsədullah Abbasini əmək, kooperasiya və ictimai rifah naziri təyin edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Abbasi bundan əvvəl əmək, kooperasiya və ictimai rifah nazirinin müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdürrza Şeyxülislami fevralın 3-də ölkə parlamenti qarşısında hesabat verib. Ə. Şeyxülislami 18 millət vəkilinin imzası ilə 7 məsələyə görə ölkə parlamentində dindirilib. Bunlar ölkənin qanunlarına laqeyd münasibət göstərilməsi, Tehranın sabiq prokuroru Səid Murtəzəvinin Sosial Təminat İdarəsinə sədr təyin olunması və vəzifəsindən azad edilməsi məsələsində qanunazidd hərəkətlərə yol verilməsi və sairdir. Yığıncağın sonunda Ə. Şeyxülislaminin əmək, kooperasiya və ictimai rifah naziri vəzifəsindən azad edilməsi məsələsi səsə qoyulub. Səsvermədə iştirak edən 272 parlamentardan 192 nəfəri qərarın lehinə, 56 nəfəri isə əleyhinə səs verib, 24 nəfər isə məsələyə bitərəf qalıb. Bununla da İran parlamenti böyük səs çoxluğu ilə əmək, kooperasiya və ictimai rifah nazirini impiçment edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR