Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 13 aprel 2015 08:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də Səyavuş Aslanovun Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakinləri 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəlüdlü İlqar Nazim oğlu Aslanov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR