Fələstin və İsrail arasında dolayı danışıqlar başlayıb

Fələstin və İsrail arasında dolayı danışıqlar başlayıb
# 11 avqust 2014 14:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Qahirədə Fələstin və İsrail nümayəndələri arasında dolayı danışıqlar başlayıb.

APA-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misir rəsmiləri bildiriblər.

Ötən gün Fələstin fraksiyaları və İsrail rəhbərliyi Qahirənin vasitəçiliyi ilə növbəti 72 saatlıq atəşkəsə razılaşıblar. Bu gün gecə saat 02:00-dan qüvvəyə minən atəşkəs fasiləsi zamanı danışıqların növbəti mərhələsini keçirmək nəzərdə tutulub. Bildirilir ki, təmas xəttində sakitlik olsa da, danışıqlar çərçivəsində hələ “ümumi dil” tapmaq mümkün olmayıb. Fələstin tərəfi 2006-cı ildə Qəzza zolağına qarşı tətbiq olunan blokadanın aradan qaldırılmasını tələb edir, İsrail tərəfi isə anklavın tamamilə tərksilah olunmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR