Vaşinqtonda azərbaycanlıların kütləvi aksiyası keçirilib - FOTOSESSİYA

Vaşinqtonda azərbaycanlıların kütləvi aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2013 09:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Martın 13-də Vaşinqtonda Azərbaycan icmasının fəalları erməni təşkilatları və ermənipərəst konqresmenlərin Konqres binalarından birində təşkil etdiyi “Dağlıq Qarabağın azadlığı uğrunda mübarizənin başlanmasının 25 illiyi” adlı tədbirə qarşı geniş etiraz aksiyası keçirib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları ABŞ-dakı erməni təşkilatlarına və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın işğalını leqallaşdırmağa çalışan Ermənistanın ABŞ-dakı səfirliyinə qarşı etiraz səslərini ucaldıblar.

Aksiya iştirakçılar əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqları, həmçinin üzərində “Ermənistan, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarından əl çək!”, “Ermənistan Xocalı soyqırımına görə məsuliyyət daşıyır!”, “Qarabağ hər zaman Azərbaycanın tarixi və qanuni hissəsi olub!” yazılmış plakatlar tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR