Daha bir bank elektron arayışla kredit verməyə hazırlaşır

Daha bir bank elektron arayışla kredit verməyə hazırlaşır
# 14 noyabr 2014 13:50 (UTC +04:00)

Bakı - APA-Economics. Elektron arayışla kredit verən bankların sırasına daha bir bank qoşulur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalının operatoru - Məlumat Hesablama Mərkəzi (MHM) və “Muğanbank” arasında əməkdaşlığa start verilib.

Mərkəzdən verilən məlumata görə, bu əməkdaşlığa əsasən artıq “Muğanbank”ın da müştəriləri “Elektron hökumət” portalı vasitəsilə elektron arayışdan istifadə edə biləcəklər.

Elektron arayışla kredit rəsmiləşdirmək üçün müştəri “Elektron hökumət”in internet səhifəsinə (www.e-gov.az) daxil olub “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” linkindən istifadə edərək arayış yarada bilər. Müştəri “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Muğanbank” seçməklə arayışı onlayn rejimdə göndərməli və ya banka yaxınlaşmaqla bankın filiallarında quraşdırılmış kompüterlər vasitəsilə “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim etməlidir”.

Qeyd edək ki, “Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından istifadə etməklə, “ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya metodları vasitəsilə daxil olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR