Bu ilin 6 ayında “Şahdəniz” yatağından 5,2 mlrd. kubmetr qaz hasil edilib

Bu ilin 6 ayında “Şahdəniz” yatağından 5,2 mlrd. kubmetr qaz hasil edilib
# 10 avqust 2015 14:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin II rübü ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təqribən 0,25 mlrd. ABŞ dolları əməliyyat xərcləri və 2,26 mlrd. ABŞ dolları əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin birinci yarısı ərzində “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Bu dövr ərzində yataqdan 5,2 mlrd. standart kubmetr qaz və 1,2 mln. ton (təqribən 9,8 mln. barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetrdir.

Qeyd edək ki, “Şahdəniz”də BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%) iştirak payları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR