Tərtərdə partlamamış hərbi sursat tapılıb

Tərtərdə partlamamış hərbi sursat tapılıb
# 14 iyul 2016 15:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Tərtər və Tovuz rayonlarında 3 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) və 1 ədəd ГП-7 mülkü əleyhqazın havatəmizləyici filtri aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 17 800 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 14 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 589 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR