Tovuzda baş verən qəzada ölənlərin hamısı bir ailənin üzvüdür - YENİLƏNİB-1 - VİDEO - FOTOSESSİYA

Tovuzda baş verən qəzada ölənlərin hamısı bir ailənin  üzvüdür - <span style="color: red;">YENİLƏNİB-1   - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 10 iyul 2015 10:14 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəzada ölənlərin hamısı bir ailənin üzvləri olub. Onlar “Mercedesin” sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır.

***

10.01

Tovuz. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Daha bir nəfər isə xəstəxanada vəfat edib. Xəstəxanadan qəzada xəsarət alan 10 nəfərə yardım göstərildiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR