FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb
# 21 noyabr 2014 00:56 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində məlum olub ki, vətəndaş hündürlüyü 15 metr olan, elektrik cərəyanı olmayan, köhnə yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xilasedicilər dirəyə qalxaraq zərərçəkmişin asıldığı ipi kəsmiş və onu təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR