Gəncə şəhər Baş Polis İdarəsi: Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd göstərib, onlardan bir neçəsi saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsi: Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd göstərib, onlardan bir neçəsi saxlanılıb
# 23 oktyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR