“Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” 2007-ci il tarixli fərman ləğv edilib

“Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” 2007-ci il tarixli fərman ləğv edilib
# 29 sentyabr 2015 19:18 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” 2015-ci il 17 iyun tarixli 553 nömrəli fərmana uyğun olaraq qərara alıb:

“Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 102; 2010, № 7, maddə 610) ləğv edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR