Paşha Bank
Bank Of Baku

Tramp ABŞ-da ÜDM-in artım göstəricilərinin qəsdən aşağı salındığını iddia edib

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 26 noyabr 2026 21:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp ölkənin Ticarət Nazirliyinin müvafiq strukturunu aralıq seçkilərdən əvvəl ümumi daxili məhsulun (ÜDM) artım göstəricilərini qəsdən aşağı salmaqda ittiham edib və araşdırma aparılmasını tələb edib.

APA xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Üçüncü rüb üzrə ÜDM-in artım göstəriciləri yenidən nəzərdən keçirilib. Bu, böyük fərqdir! Nə üçün düzgün məlumatlar seçkilərdən əvvəl açıqlanmayıb? Bununla bağlı dərhal araşdırma aparılmasını tələb edirəm. Bu, kiçik deyil, böyük və qəsdən edilmiş səhvdir”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl açıqlanan iqtisadi göstəricilər saxtalaşdırılıb və sonradan müvafiq qurumun əməkdaşları tərəfindən düzəldilib.

Tramp əlavə edib ki, onun administrasiyası dövründə ABŞ iqtisadiyyatının vəziyyəti əvvəllər açıqlanan müsbət göstəricilərdən daha yaxşıdır.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu ölkənin üçüncü rüb üzrə illikləşdirilmiş ÜDM artımı göstəricisini 3,4 faizdən 4,3 faizə yüksəldib.

Qurum oktyabrın 29-da açıqladığı ilkin qiymətləndirmədə iqtisadi artımın 3,4 faiz təşkil etdiyini bildirmişdi. İlkin göstəricilərin yenidən nəzərdən keçirilməsi qurumun standart təcrübəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR