Bank Of Baku

“TikTok”da avtokredit vədi ilə dələduzluq edən şəxs saxlanılıb

“TikTok”da avtokredit vədi ilə dələduzluq edən şəxs saxlanılıb
# 26 noyabr 2026 15:43 (UTC +04:00)

Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, “TikTok”da yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib.

Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.

Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib.
Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər.

Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara bir daha müraciət edirik ki, sosial şəbəkələrdə “yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit” və “ilkin ödənişsiz avtomobil” vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur", DİN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR