Paşha Bank
Bank Of Baku

Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 14 oktyabr 2026 10:24 (UTC +04:00)

Qrenlandiyada neft, qaz və mineral təhqiqatları başlayacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, bunun üçün hazırlıqlar gedir.

Tramp qeyd edib ki, bir sıra ekspertlərin fikrincə, Qrenlandiyadakı asanlıqla əldə edilə bilən neftin miqdarı dünyanın istənilən yerindən çoxdur.

“Daha vacibi budur ki, ABŞ-la Avropanın müdafiə və hücumda təhlükəsizliyi baxımından bu bölgə birinci yerdədir. ABŞ-a qarşı istənilən gələcək hücum Qrenlandiya üzərindən olacaq. Orada bizim müdafiə qüvvələrimiz raket, dron və hələ məlum olmayan digər silah növlərini zərərsizləşdirəcək”, -Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR