Paşha Bank
Bank Of Baku

Azərbaycan və Estoniya xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 27 noyabr 2026 12:50 (UTC +04:00)

Azərbaycan və Estoniya xarici işlər nazirləri Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

“Estoniya ilə Azərbaycan arasında Rusiya-Ukrayna müharibəsinin davam etməsi və bunun doğurduğu fəsadlar, eləcə də Yaxın Şərqdə mövcud olan gərginlik və onun səngiməməsi ilə bağlı fikir mübadiləsi apardıq. Bu kontekstdə beynəlxalq ictimaiyyətin, xüsusilə də fəal vasitəçilik mövqeyi nümayiş etdirən ölkələrin rolu barədə müzakirələrimiz oldu. Ümumilikdə, bugünkü görüşümüzü çox faydalı və səmərəli hesab edirəm”, - Ceyhun Bayramov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR