Bank Of Baku

Xudat-Nabran yolu asfaltlanır

Xudat-Nabran yolu asfaltlanır
# 29 aprel 2019 14:04 (UTC +04:00)

Xaçmaz rayonunda turizm əhəmiyyətli Xudat-Nabran yolu asfaltlanır.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, 1977-ci ildə inşa olunan, intensiv hərəkət nəticəsində dağılmış və deformasiyaya uğrayan yolun 8 km-ə birinci qat asfalt döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmaz 4 saylı yol istismar idarəsinin iş icraçısı Ələkbər Ələsgərovun sözlərinə görə, 4-cü kateqoriyalı, 7,5 metr eni olan yolda işlərin birinci mərhələsi mayın ortalarına kimi yekunlaşacaq. Daha sonra üst qatının vurulması prosesinin 20-25 gün müddətində yekunlaşması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR