ATƏT-in milli azlıqların işləri üzrə Ali Komissarının fəaliyyətə başlamasının 20 illiyi qeyd olunacaq

ATƏT-in milli azlıqların işləri üzrə Ali Komissarının fəaliyyətə başlamasının 20 illiyi qeyd olunacaq
# 25 fevral 2013 14:28 (UTC +04:00)


Bakı. Viktoriya Dementyeva-APA. Martın 7-də Haaqada ATƏT-in milli azlıqların işləri üzrə Ali Komissarının fəaliyyətə başlamasının 20 illiyi qeyd olunacaq. APA-nın məlumatına görə, Niderland kraliçası Beatriksin iştirakı ilə keçiriləcək tədbirdə ali komissar Knut Vlllebekin, ATƏT sədri Leonid Kojaranın, ATƏT-in baş katibi Lamberto Zannyerin və Niderlandın xarici işlər naziri Frans Timmermansın çıxışı gözlənilir. ATƏT-in milli azlıqların işləri üzrə Ali Komissarının ofisi 1993-cü il yanvarın 1-dən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR