Prokuror iş adamını qətlə yetirməkdə təqsirləndirilən keçmiş deputatlığa namizədə 15 il iş istəyib

Prokuror iş adamını qətlə yetirməkdə təqsirləndirilən keçmiş deputatlığa namizədə 15 il iş istəyib
# 01 fevral 2013 12:34 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə Nadir Orucov ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub və çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında N. Orucovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 8-də davam etdiriləcək.


Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR