Əfv sərəncamının icrasına başlanıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Əfv sərəncamının icrasına başlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 08:32 (UTC +04:00)

APA-nın məlumatına görə, 13 saylı Cəzaçəkmə Müəssisəsindən 7 nəfər, 2 saylı Cəzaçəkmə Müəssisəsindən 7 nəfər, 7 saylı Cəzaçəkmə Müəssisəsindən 2 nəfər, 14 saylı Cəzaçəkmə Müəssisəsindən 5 nəfər, 10 saylı Cəzaçəkmə Müəssisəsindən isə 10 nəfər azadlığa buraxılıb. Həbsdən azad edilənlərdən 2-si İran, 1-i Pakistan vətəndaşıdır.

Əfv sərəncamının icrası davam etdirilir.

***

09:54

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda əfv sərəncamının icrasına başlanıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam verib.

Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR