Asiya İnkişaf Bankı: Azərbaycanda gəlirlərin artması və manatın güclənməsi fonunda idxala tələbat güclənəcək

Asiya İnkişaf Bankı: Azərbaycanda gəlirlərin artması və manatın güclənməsi fonunda idxala tələbat güclənəcək
# 17 aprel 2013 12:26 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) «Asiyanın İnkişafına Nəzər-2013» illik iqtisadi nəşrində bildirilir.

Bu gün Bakıda keçirilən tədbirdə hesabatı təqdim edən ADB-nin Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib ki, buna əsasən dövlət tərəfindən icra edilən investisiya layihələri və dövlət büdcəsindən maliyyələşdirilən cari xərclər və digər sosial xərclər səbəb ola bilər. Lakin ərzaq qiymətlərinin aşağı olması qiymətlərin aşağı səviyyədə qalmasına təsir edə bilər. Belə ki, ərzaq qiymətlərinin aşağı olması səbəbindən 2012-ci ildə 1,1%-lik inflyasiya qeydə alınıb.

«Hökumət inflyasiya hədəfli pul siyasətini davam etdirəcək. Neft Fondunun transfertləri yenə də dövlət büdcəsinin əhəmiyyətli hissəsini təşkil edəcək və dövlət investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Tədiyyə balansında yüksək profisitin olması səbəbindən milli valyutanın məzənnəsi artıma doğru inkişaf edəcək», - deyə icmalda bildirilir.


Bu il cari hesabın ÜDM-ə nisbətinin 13%-ə enməsi gözlənilir ki, bu da əsasən taxıl, avtomobil, ev avadanlıqları və digər istehlak mallarının idxala təsiri səbəbindən ola bilər, 2014-cü ildə isə neft hasilatında cüzi artımın olması səbəbindən cari hesabın ÜDM-ə nisbətinin 17%-ə çatacağı gözlənilir. Gəlirlərin artması və manatın güclənməsi fonunda idxala olan tələbatın artması da ehtimal olunur.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR