Şəmkirdə avtobusla minik maşını toqquşub, iki nəfər ölüb

Şəmkirdə avtobusla minik maşını toqquşub, iki nəfər ölüb
# 15 mart 2013 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 14-də saat 20.30 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində, rayon sakinləri Rəhim Səfərovun idarə etdiyi "İkarus" markalı avtobusla Ayxan Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın toqquşub. Nəticədə A. Abbasov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilən sərnişini Samir Cəfərov isə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR