Bank Of Baku

®İmişli şəkər zavodunda keyfiyyətli “kəllə qənd” istehsal edilir

<span style="color: red;">® İmişli şəkər zavodunda keyfiyyətli “kəllə qənd” istehsal edilir
# 26 aprel 2018 08:46 (UTC +04:00)

Şəkər zavodunda istehsal olunan kəllə qəndin kimyəvi qatqılarsız ağardılması prosesi KİV nümayəndələrinə nümayiş etdirilib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair dövlət proqramının tərkib hissəsi olaraq, 2012-ci ildə İmişli rayonunda, Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) nəzdində “Kəllə Qənd” zavodu istismara verilib. Zavodda dünyanın aparıcı şirkətlərinin mütərəqqi avadanlıqlarının, texnoloji qurğuların tətbiqi ilə beynəlxalq standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən “kəllə qənd” istehsal edilir.

 

“Kəllə qənd”-in istehsalı digər sexlərdən fərqli olaraq, zavod şəklində fəaliyyət göstərir. Burada bütün istehsal prosesi  qapalı mühitdə, xam məhsulun qəbulundan son məhsulun qablaşdırılmasınadək məhsula heç  bir əl təsiri olmadan, tam  avtomatlaşdırılmış avadanlıqlar hesabına istehsal edilir.

 

KİV nümayəndələri üçün təşkil olunan informasiya turunun məqsədi son zamanlar  zavodun rəqabət  qabiliyyətinin artırılması məqsədilə ölkənin digər kiçik sexlərində istehsal edilən qəndlərin zavodun laboratoriyasında müqayisəli analizləri aparılaraq, onların böyük qisminin tərkibində insan sağlamlığı üçün təhlükəli olan, mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsi aşkarlanıb. Qeyd edilir ki, aparılan araşdırmalara əsasən bu kimi maddələrin kiçik sexlərdə tətbiqi kəllə qənd məhsulunun ağardılması, eləcə də bərkliyinin təmin edilməsi məqsədilə istifadə edilir.

 

İmişli “Kəllə qənd” zavodunda istehsal prosesi ilə tanış olan KİV nümayəndələrinə heç bir kimyəvi, süni və zərərli olan kimyəvi qatqılardan istifadə olunmamaqla qəndin ağardılma prosesi göstərilib. Təbii sarı rəngli kəllə qəndlər “sentrafuqa qurğularında” mərkəzdən qaçma qüvvəsinə əsaslanan “sentrafuqlma” (sürətli fırlanma) prosesi hesabına qəndin ağardılması nümayiş olunub. Zavodda qəndin istehsalında suyun mikrobioloji təmizlənməsindən başlamaqla bütün proseslərdə son dərəcə gigiyenik və sanitar qaydalara riayət olunmaqla hazır məhsulun qurudulması və gigiyenik anbarlarda saxlanmasına qədər ardıcıllıqla KİV nümayəndələrinə əyani şəkildə göstərilib.

 

Qeyd edilir ki, xam mal olaraq şəkər məhsullarının mənşəyi ölkə ərazisində yetişdirilməklə yekunda AŞİB-ə tədarük edilən yüksək keyfiyyətli şəkər çuğundurudur. Zavod məhsullarının böyük hissəsi Rusiya bazarları tərəfindən tədarük edilir.

 

Zavod rəsmisi İmişli Kəllə zavodunda istehsal edilən Azərsun Şirkətinə  məxsus “Azərşəkər”, “Final” və “Evim” markalı qənd məhsullarının tam sağlam qida standartına cavab verdiyini əminliklə söyləyərək ondan istifadə etməyi ölkə əhalisinə tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR