Bu il Azərbaycanda heyvan dişləmələrinin sayı 20% artıb

Bu il Azərbaycanda heyvan dişləmələrinin sayı 20% artıb
# 29 aprel 2013 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin 3 ayı ərzində Azərbaycanda heyvan dişləmələrinin sayı ötən ilin 3 ayı ilə müqayisədə 20% artıb.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, heyvan dişləmələrinin sayı bu il 3404 olduğu halda, keçən il bu rəqəm 2800 olub: “Heyvan dişləmələri arasında hər zaman olduğu kimi bu il də it dişləmələri 90% təşkil edib”.

R.İsmayılova qeyd edib ki, ölkədə insanlar arasında quduzluq xəstəliyinə yoluxma hallarının sayında azalma müşahidə olunur. Nazirlik rəsmisinin sözlərinə görə, ötən il insanlar arasında 4 quduzluğa yoluxma halı aşkar olunduğu halda bu il hələ ki belə fakt aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR