ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər
# 02 aprel 2013 15:41 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, monitorinq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək.

Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında keçiriləcək. Monitorinq zamanı Kaspşik və həmsədrlər təmas xəttinin minalardan təmizlənmiş hissəsindən qarşı tərəfə keçəcəklər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir. Onlar sabah Azərbaycan rəhbərliyi ilə görüş keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR