Arif Hacılı: “Əli Kərimlinin təklif etdiyi siyasi taktika bizə uğur gətirmədi”

Arif Hacılı: “Əli Kərimlinin təklif etdiyi siyasi taktika bizə uğur gətirmədi”
# 22 aprel 2013 14:32 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Əli Kərimlinin aprelin 21-də AXCP-dəki müşavirədəki çıxışında dedikləri siyasi taktikadır. Bu siyasi gediş 2008-ci ildə bizə uğur gətirmədi”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A. Hacılı bildirib ki, siyasi partiyaların boykot mövqeyi uğur gətirəcək siyasi yol deyil: “Hesab edirik ki, Azərbaycan cəmiyyətini namizəd irəli sürməklə səfərbər etmək daha asandır, nəinki boykot yolu ilə...”

O, AXCP sədrinin partiya rəhbərlərinə namizədlik iddialarından imtina etmək ismarışına da münasibətini bildirib: “İddialardan imtinaya gəldikdə, bizim bir çoxumuz nəinki iddialardan imtina etmirik, heç iddia irəli sürməmişik. Fikrimcə, sadəcə daha real və şanslı namizədi, yaxud da namizədləri müdafiə etməliyik. Mən prosesə belə yanaşıram, həmkarlarıma da bunu məsləhət görürəm”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli müşavirədə müxalifət partiyalarının rəhbərlərinə ismarış göndərərək, bildirib ki, iddiasından geri durmağa hazırdır: “Qoy başqaları da partiyalarının önünə çıxıb desinlər ki, iddialarından vaz keçə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR