Təhsil Nazirliyi “İnformatika” dərslikləri ilə bağlı səsləndirilən fikirlərə münasibət açıqlayıb

Təhsil Nazirliyi “İnformatika” dərslikləri ilə bağlı səsləndirilən fikirlərə münasibət açıqlayıb
# 05 fevral 2013 12:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ““İnformatika” dərslikləri daha çox kompüter texnologiyasının tətbiqi ilə bağlıdır və burada istifadə olunan sözlərin çoxu beynəlxalq və beynəlmiləl terminlərdir”. Bunu Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən “İnformatika” dərsliklərində müəyyən dil qanunlarının pozulması, bır sıra terminlərin Azərbaycan dilində verilməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. F.Şahbazlı beynəlxalq terminlərdən məhəlli terminlər düzəltməyin tərəfdarı olmadığını vurğulayıb. Onun sözlərinə görə, ümumiyyətlə, dilçilikdə beynəlmiləl terminlərin istifadə edilməsi qəbul olunan məsələdir: “Əgər dərsliklərdə beynəlxalq terminlərlə bağlı hansısa dəyişiklik edilsə, bu, gələcəkdə şagirdlərə müəyyən problemlər yarada bilər. Çünki bu dərsliklərdən istifadə edən şagird gələcəkdə İngiltərə, Almaniya, Amerikadan bir şey axtardığı halda ayrı-ayrı terminləri başa düşməyəcək”.

F.Şahbazlı qeyd edib ki, əgər ayrı-ayrı terminlərin uyğun qarşılığı tapılıbsa, dərsliklərdə həmin sözləri verərək qarşısındakı mötərizədə beynəlxalq sözləri göstərmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR