MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 11 aprel 2013 14:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov rəhbərliyi ilə keçirilən iclasda seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub.

Sədr müavini Natiq Məmmədov bildirib ki, hazırda seçici siyahıların hazırlanması prosesi gedir və seçici siyahıları təhvil verildikdən sonra 2 ay müddətində bu uyğunlaşdırmalar həyata keçiriləcək.

İclasda MSK-nın normativ xarakterli aktlarına, bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik də edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR