Zaqatalada hamilə qadın həyat yoldaşı ilə mübahisə edəndən sonra çoxlu sayda dərman içib

Zaqatalada hamilə qadın həyat yoldaşı ilə mübahisə edəndən sonra çoxlu sayda dərman içib
# 27 aprel 2013 07:51 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatala rayon sakini dərmandan zəhərlənib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən gün Zaqatala rayonunun Qandax kənd sakini, 1994-cü il təvəllüdlü Səfərova Səma Seyid qızı dərman zəhərlənməsi diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. İlkin araşdırma və müayinə zamanı məlum olub ki, Səma Səfərova 7 ədəd parasitamol həbi içib. S. Səfərovaya Zaqatala MRX-da ilkin yardım edilib. İlkin yardımdan sonra onun vəziyyəti stabilləşdiyi üçün evə buraxılıb. Zaqatala RPŞ-nin istintaq və təhqiqat bölməsinin əməkdaşının apardığı ilkin araşdırma zamanı məlum olub ki, qadın dərman içməzdən əvvəl həyat yoldaşı ilə mübahisə edib. Onun həyat yoldaşına tez-tez rayon mərkəzində yaşamağı təkid etdiyi bildirilir. Araşdırma zamanı o da məlum olub ki, S. Səfərova 5 ay əvvəl ailə qurub və hazırda hamilədir. İş üzrə materiallar Zaqatala rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR