Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub - FOTO

Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub  - <span style="color: red;">FOTO
# 03 may 2013 16:28 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyirmi illik fasilədən sonra mayın 3-də Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə - Kosalar və Şağlakücə kəndlərinə təbii qazın verilişi bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə hər iki kənddə təntənəli açılış mərasimi keçirilib.

Tədbirlərdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “Azəriqaz” İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov çıxış edərək, Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində hər iki kəndin təbii qazla təmin edilməsinin yerli sakinlərə ən yaxşı töhfə olduğunu bildiriblər.

Qeyd edək ki, Kosalar kəndində 232 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 38 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılıb, 11 906 metr qaz kəməri çəkilib. Şağlakücə kəndində isə 735 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 85 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb, 20 min metrə yaxın qaz xətti çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR