Bank Of Baku

Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”

Makron: “Fransa Suriyada hərbi iştirakını artıracaq”
# 26 aprel 2018 03:31 (UTC +04:00)

Fransa Suriyada hərbi iştirakını artıracaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Biz Suriyadakı beynəlxalq koalisiyanın fəaliyyətinə verdiyimiz töhfəni artırmaq niyyətindəyik.  İŞİD-lə mübarizə məsələsində bütün öhdəliklərimizə sadiqik. Biz bu ümumi mübarizədə iştirak edirik və bunu sonadək davam etdirəcəyik. Bölgədəki təhlükəsizliyi möhkəmləndirmək üçün müttəfiqlərimizlə birlikdə çalışacağıq”, deyə E.Makron qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR