Gəncədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin yeni binası istifadəyə verilib

Gəncədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin yeni binası istifadəyə verilib
# 04 fevral 2013 11:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsinin yeni inzibati binasının aşılısı olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, açılışda ƏMDK sədri Kərəm Həsənov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib.

Binada yaradılan şəraitlə tanış olan qonaqlar xidmətlərin təşkili səviyyəsindən razılıqlarını bildiriblər. Bina komitənin daxili imkanları hesabına tikilib və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Komitə sədri K.Həsənov qeyd edib ki, yeni istifadəyə verilən binanın strukturu müraciət edən vətəndaşlara keyfiyyətli xidmətin təşkilinə, onların rahatlığının təmin olunmasına, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır. Bu məqsədlə burada elektron növbəlilik sistemi də quraşdırılıb.

İdarədə bundan sonra idarədə sənəd qəbulu və hazır sənədlərin vətəndaşlara təhvil verilməsi prosesi bu məqsədlə yaradılmış müvafiq şöbələrdə həyata keçiriləcəkdir. Bu isə hüquq sahiblərinin vaxt itkisinin qarşısını alacaq. Binada qeydiyyat prosesinin daha çevik və operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub.

Bundan başqa, idarə ərazisində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı müvafiq izahedici, o cümlədən dövlət büdcəsinə ödəniləcək xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR