Yevlaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Yevlaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 15 fevral 2013 13:20 (UTC +04:00)

Yevlax rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində yolun 8-ci kilometrliyində qeydə alınıb. 90 GZ 404 dövlət nömrə nişanlı “BMV” markalı avtomobil 99 BV 979 dövlət nömrə nişanlı “VAZ-21015” markalı maşınla toqquşub. Hadisə zamanı 1992-ci il təvəllüdlü Yevlax sakini Həsənov Heydər Elşad oğlu ölüb, Mingəçevir şəhər sakinləri 1989-cu il təvəllüdlü Məhərrəmov Amil Mikayıl oğlu, 1986-cı il təvəllüdlü Babayev Ceyhun Gündüz oğlu, 1984-cü il təvəllüdlü Əliyev Elçin Məhərrəm oğlu və Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Həsənov Rahib Maarif oğlu ağır xəsarətlərlə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR