AZAL Kiyevə aviareysini «Borispol» aeroportunun yeni terminalına yerinə yetirəcək

AZAL Kiyevə aviareysini «Borispol» aeroportunun yeni terminalına yerinə yetirəcək
# 14 fevral 2013 10:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Kiyev marşrutu ilə aviareysləri Kiyevin «Borispol» aeroportunun yeni terminalına yerinə yetirəcək.

«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, fevralın 15-dən etibarən Kiyevin «Borispol» hava limanında yeni terminalın açılışı ilə əlaqədar və sərnişinlərə göstərilən xidmətin səviyyəsini artırmaq məqsədi ilə AZAL uçuşları F Terminalına deyil, yeni D Terminalına həyata keçiriləcək.

Qeyd edək ki, AZAL Bakı-Kiyev-Bakı aviareyslərini üzrə uçuşları hər həftənin I, IV və VI günləri yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR