Cənubi Koreya Azərbaycana kredit verəcək

Cənubi Koreya Azərbaycana kredit verəcək
# 19 fevral 2013 07:25 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Cənubi Koreya sosial-iqtisadi inkişaf üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycana kredit verəcək. APA-nın Cənubi Koreya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərar ölkə hökuməti tərəfindən qəbul olunub.

Qərar Seul İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun vəsaitləri hesabına kredit sazişi imzalamağa imkan verəcək. Bu fond inkişaf etməkdə olan dövlətlərə aşağı faizlə kredit verir. Azərbaycana veriləcək kreditin miqdarı açıqlanmayıb.

“Bu qərar Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ikitərəfli dostluğun inkişafına yönəlib”, deyə Koreya Xarici İşlər və Ticarət Nazirliyinin bəyanatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR