Azərbaycan baş nazirinin müavini sürüşmə hallarının artmasının əsas səbəbini açıqlayıb

Azərbaycan baş nazirinin müavini sürüşmə hallarının artmasının əsas səbəbini açıqlayıb
# 12 aprel 2013 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifovun sözlərinə görə, son vaxtlar Bakıda təkcə ənənəvi sürüşmə zonalarının aktivləşməsi yox, həm də indiyədək sürüşmə müşahidə edilməyən ərazilərdə də belə hallar qeydə alınır: “Məsələn, Bakının Bayıl ərazisində sürüşmənin baş verməsi adi haldır. Amma Badamdar ərazisində indiyədək sürüşmə olmamışdı. Həmin ərazidə sürüşmə baş verməsi yeni tikilən evlərdə kanalizasiya sisteminin olmamasıdır”.

A. Şərifov bildirib ki, həmin ərazidəki evlərinin sahibləri kanalizasiya problemini quyular qazmaqla həll edirlər, bu isə torpağın boşalmasına, sürüşməsinə və ciddi fəsadlara gətirib çıxarır.

Baş nazirin müavini deyib ki, hazırda sözügedən ərazilərdə kanalizasiya sisteminin qurulması üçün işlərə başlanıb: “Bu işlər böyük vəsait tələb edir. Əsas odur ki, bütün bu işlərə vaxtında başlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR