«SAZZ 4G İnternet» modemlərin qiymətlərini endirib

«SAZZ 4G İnternet» modemlərin qiymətlərini endirib
# 01 may 2013 12:15 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə əlaqədar aparıcı provayder şirkətlərindən olan «AzQtel» MMC «SAZZ 4G» genişzolaqlı simsiz limitsiz internet xidmətinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu planların ilk addımı olaraq mayın 1-dən etibarən bütün modemlərin qiymətlərində köklü dəyişikliklər etməyi qərara alınıb. Yeni qiymətlər 55%-dək endirilərək, modemlər müştərilərə əvvəlkinə nisbətən xeyli ucuz təqdim olunacaq. Belə ki, «AX326 USB» modeminin standart qiyməti ƏDV daxil 65 manatdan 29 manata, «MF-10» Wi-Fi ruterinin qiyməti 55 manatdan 29 manata, «IX380» stasionar Wi-Fi mərkəzinin qiyməti 120 manatdan 89 manata, simsiz portativ «Sazz Wimaxion» modemi isə 140 manatdan 119 manata endirilib.

Sadalanan bütün modemləri «Sazz 4G Internet»in Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən baş ofisində və bütün «Sazz 4G İnternet» satış məntəqələrində almaq mümkündür. «Sazz» satış məntəqələrinin dəqiq ünvanları və əlaqə telefon nömrələrini www.sazz.az saytından əldə etmək olar. Modemləri həmçinin 191 əlaqə nömrəsinə zəng etməklə istənilən ünvana sifariş etmək mümkündür.

Xatırladaq ki, «Sazz 4G İnternet» ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 MBt-lıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən «Sazz İnternet» yaxın bir neçə ay ərzində müxtəlif regional mərkəzlərdə, o cümlədən, Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran və digər şəhərlərdə də fəaliyyətə başlamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR