“Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin olunub

“Azəriqaz”ın Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin olunub
# 14 fevral 2013 14:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin (İB) Azərbaycan Müdafiə Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılıb. Həmin qətnaməyə əsasən iddia qismən təmin olunub.

Qeyd edək ki, İB borcun ödənilməsi barədə iddia ilə 1 saylı Bakı yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə isə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan İB isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR